Slimfit
  1. TEXNOLOGİYA

Wi-Charge texnologiyası otağı simsiz şarj cihazına çevirəcək

Wi-Charge texnologiyası otağı simsiz şarj cihazına çevirəcək
Sakura

Wi-Charge texnologiyası otağı simsiz şarj cihazına çevirəcək

Biz mobil cihazlarımızı gün ərzində 2-3 dəfə doldurmağa artıq adət etmişik. Köməyimizə çox vaxt portativ akkumulyatorlar gəlir, lakin bu da daim “elektrikə qoşma” faktını ləğv etmir. Bütün bunları Wi-Charge adlanan texnologiya dəyişdirəcək, o bütövlükdə məkanı vahid simsiz şarja çevirəcək və naqillərdən bizi azad edəcək.

Qeyd edək ki, Wi-Charge texnologiyasında simsim şarj cihazı otağın tavanına bərkidilir və otağın istənilən yerində batareyanı doldurmağa imkan verir. Wi-Charge texnologiyasında məşhur induksion şarja oxşayan prinsipi istifadə edir, lakin Wi-Charge-dan fərqli olaraq telefonla bazanın tam sıx əlaqəsi lazımdır.

Wi-Charge texnologiyasını hazırlayan şirkət cihazlarını yaradarkən batareyaların müxtəlif həcmli olmasını və müxtəlif formada dolmasını nəzərə alıb. Buna görə də bir neçə işləmə variantı var: Light bir iş yeri sahəsində mobil telefon batareyalarının tez doldurulması üçün nəzərdə tutulub. Kiik adlanan ikinci variant gəzdirilən elektronika kimi az enerji tələbatlı cihazları enerji ilə təmin etməyə yönləndirilib. Rayo adlı sonuncu ən güclü şarj üsulu 25 kvadrat metr sahəni enerji ilə təmin etməyə qadirdir və hətta planşetləri belə doldura bilir.

Hazırda Wi-Charge texnologiyanın çatışmazlıqlarını və həmçinin onun insan sağlamlığına necə təsir göstərməsini aşkar etmək üçün lazımi test mərhələlərindən keçirilir. Uğurlu olduğu təqdirdə yeni texnologiya naqilləri tamamilə unutmağa imkan verəcək, mobil telefon və digər qadcetləri tez-tez doldurmaq ehtiyacından azad edəcək.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR