Slimfit
  1. TEXNOLOGİYA

Audi elektromobilləri günəş batareyalı panorama dam əldə edəcək

Audi elektromobilləri günəş batareyalı panorama dam əldə edəcək
Sakura

Audi elektromobilləri günəş batareyalı panorama dam əldə edəcək

Volkswagen Group konserninə daxil olan alman avtomobilqayırma şirkəti Audi gələcəkdə elektrik avtomobillərini günəş batareya massivi olan panorama damla təchiz edəcək.

Layihə günəş batareyaları üzrə ixtisaslaşmış Çinin Hanergy şirkətinin bölməsi olanAlta Devices şirkəti ilə müştərək olaraq reallaşacaq. Söhbət panorama damının strukturunun nazik lentli günəş elementləri ilə inteqrasiyasından gedir.

Audi generasiya olunmuş enerjinin klimat sisteminin və ya oturacaqların qızdırılması üçün istifadə etmək istəyir. Gələcəkdə günəş batareyaları dartma akkumulyatorunu doldura biləcək.

Qeyd olunur ki, nazik lentli günəş batareyaları elastikdir və yüksək temperatura dözümlüdür. Onların effektivliyi 25%-i keçir, onlar zəif işıqlanmada yaxşı işləyirlər.

Günəş batareyaları ilə təchiz olunmuş panorama damlı ilk avtomobil prototipini bu ilin sonuna qədər hazırlamaq planlaşdırılır. Gələcəkdə günəş panellər praktik olaraq Audi elektrik avtomobillərinin damının bütün sahəsini tutacaq.

Əlavə edək ki, 2018-ci ildə Audi şirkətinin Brüsseldəki zavodunda Audi e-tron elektrik krossoverinin istehsalına başlanacaq. Daha sonra 2019-cu ildə bu müəssisədə Audi e-tron Sportback elektrik avtomobilin (heçbek və kupeformalı krossoverin hibridi) kütləvi istehsalının təşkili planlaşdırılır. İddia olunur ki, bir doldurma ilə elektrokar 500km məsafə qət edə biləcək. Yaxın vaxtlarda Audi bazara ən azı beş tam elektrik avtomobili çıxarmaq istəyir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR