Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp” və “Instagram” “Facebook”-dan alınmalıdır

“WhatsApp” və “Instagram” “Facebook”-dan alınmalıdır
Sakura

“WhatsApp” və “Instagram” “Facebook”-dan alınmalıdır

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”-un həmtəsisçisi Kris Hyuz (Chris Hughes) əmindir ki, ABŞ hökuməti şirkət rəhbəri Mark Zukerberqi (Mark Zuckerberg) bazardakı inhisarçı mövqeyindən məhrum etməli və fotoşəkil mübadiləsi üçün nəzərdə tutulan “Instagram” proqramı ilə “WhatsApp” messencerini onun əlindən almalıdır. FED.az xəbər verir ki, bu barədə “DW” portalının müxbiri Yekaterina Venkina yazır.

Hyuz mayın 9-u “ The New York Times” qəzetində dərc olunan məqaləsində belə bir fikir səsləndirib. 

Amerikalı sahibkar əmindir ki, “Federal Ticarət Komissiyasının (FTK) ən böyük səhvi “Facebook”-a “Instagram” və “WhatsApp”-ı əldə etməsinə icazə verməsi olub”.

Hyuzun sözlərinə görə, 2012-ci ildə bu yeni servislər “Facebook”-un ayağını tapdalayırdı, çünki onlar bilavasitə smartfonlarda istifadə üçün işlənib hazırlanmışdılar, şirkət isə hələ təzə-təzə bu cihazlarda işləməyə başlamışdı. “Mark onları əldə etdi, FTK isə buna icazə verdi”, - deyə Hyuz qeyd edib. O, əlavə edib ki, ABŞ hökuməti vəziyyəti nəzarətinə götürməlidir.

Məqalə müəllifi qeyd edib ki, “Facebook”-un idarə heyəti nəzarət orqanından daha çox konsultativ komitədir. 
Hyuzun sözlərinə görə, Zukerberq faktiki olaraq səhmlərin 60%-nə nəzarət edir və ona görə “Facebook”-da istifadə ediləcək alqoritmlər, istifadəçilərin xəbər lentində görə biləcəyi dərclər, məxfilik qaydaları və məlumatlarla bağlı təkbaşına qərar verə bilir. Müəssisə rəhbəri məhz hansı ifadələrin təhrikçi xarakter daşıdığına və nifrət oyatdığına qərar verir.

Bundan başqa, köşə müəllifi əmindir ki, “Facebook” rəhbərinin rəqibinin şirkətini əldə etməyə, onun fəaliyyətini bloklamağa və ya onun məhsulunun surətini çıxarmağa kifayət qədər resursu var.

Şirkətin mayın 30-na təyin edilən növbəti illik səhmdarlar iclası ərəfəsində onların bir hissəsi Zukerbergin direktorlar şurasının sədri postundan getməsini tələb edib. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytında dərc edilən bəyanatda qeyd olunub ki, bir sıra səhv nəticəsində şirkət rəhbərliyi ötən ilin iyul ayından başlayaraq qiymətləndirmə dəyərinin 40%-ni itirib. Bəyanatın müəllifləri bu itkilərə görə bilavasitə Zukerberqin məsuliyyət daşıdığını bildiriblər. Onların fikrincə, Zukerberq faktiki olaraq şirkətə təkbaşına rəhbərlik edir.

Onun işini optimallaşdırmaq üçün başqa variantlarla yanaşı Mark Zukerberqin yerinə idarə şurasına müstəqil sədrin seçilməsi təklif olunub. 2012-ci ildən bu vəzifəni tutan Zukerberq eyni zamanda şirkətin baş direktorudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR