Dərc edildi: Baxış sayı: 299
“WhatsApp” casus proqramının yaradıcılarını məhkəməyə verəcək
WhatsApp" İsrailin "NSO Group" şirkəti tərəfindən hazırlanmış "Pegasus" casus proqramının yaradıcılarını məhkəməyə verəcək. Bu haqda "Financial Times" nəşri yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, məlumata görə, sözügedən proqramın köməyi ilə ən azı 100 jurnalist, dissident və hüquq müdafiəçisinin smartfonuna müdaxilə edilib.
"Pegasus" casus proqramının smartfona quraşdırılmasından qorunmaq mümkün deyil: hətta qəbul edilməmiş mesaj və zənglər qurğunu yoluxdurmağa imkan verir.
Bu halda cinayətkarlar qurğudakı bütün mesaj və elektron poçta giriş imkanı əldə edir və bütün danışıqları yaza bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət