Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb
Sakura

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb

“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan edilib.
 
ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.
 
Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.
 
Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR