Slimfit
  1. TEXNOLOGİYA

Western Digital 14TB-lıq sərt disk hazırladı

Western Digital 14TB-lıq sərt disk hazırladı
Sakura

Western Digital 14TB-lıq sərt disk hazırladı

Western Digital şirkəti 3,5 dyümlü 14Tb həcmə malik sərt disk hazırladı. Bu rekord həcmə iki səbəbdən çatmağa nail oldu.

Birincisi maqnit lövhəli germetik leyimlənmiş bloka hava əvəzinə yeddi dəfə sıxlığı az olan helium doldurulmuşdur. Bu mühərrik və maqnit başlıqlara yüklənməni artırmadan bloka 5-6 lövhə əvəzində 8 maqnit lövhəsi yerləşdirməyə imkan verir.

İkincisi yazılmanın sıxlığı üçün zolaqların qismən örtülməsi ilə SMR (Shingled Magnetic Recording) adlanan prinsip reallaşdırılıb. Bütün bunlar həcmi 16% artırmağa imkan verib.

 Kontrollerlə maqnit lövhələr arasında məlumat ötürülməsi sürətini iki dəfə artırmağa nail olublar, yəni indi sürət üzrə sabit məlumat ötürülməsi olan SMR disk örtülməklə olan yazılma diskindən az fərqlənir. Sabit HGST SMR-yaddaşın ilk nəslində oxuma rejimindəki sürət 157 Mb/s idisə, yeni 14Tb modelində isə bu parametr 223/233 Mb/s-ə qədər artırılıb.

İstehsalçının məlumatına əsasən sınaq modellərin çatdırılması artıq başlanıb. Qiymət barədə məlumat verilmir. Modelə olan zəmanət 5 il olacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR