Slimfit
  1. DÜNYA

Vyananın mərkəzində qədim Roma dövrünə aid binanın qalıqları aşkarlanıb

Vyananın mərkəzində qədim Roma dövrünə aid binanın qalıqları aşkarlanıb
Sakura

Vyananın mərkəzində qədim Roma dövrünə aid binanın qalıqları aşkarlanıb

Vyana şəhərinin mərkəzi İçəri Şəhər rayonunda aparılan tikinti işləri zamanı Roma İmperiyası dövrünə aid binanın qalıqları aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, arxeoloqlar binanın burada yerləşən Roma legionunun senturionuna (yüz əsgərə komandanlıq edən zabit) məxsus olduğunu müəyyən ediblər. Təxminən 200 kvadratmetr sahəsi olan bina həmin dövrün dəbdəbəsi ilə sadə əsgərlərin qaldığı kazarmalardan ciddi şəkildə fərqlənir.

Vyana Şəhər Arxeologiya İdarəsinin arxeoloqu Karin Fişer-Ausserer qazıntı işləri ilə bağlı verdiyi açıqlamada bildirib ki, belə tapıntılar Vyana şəhərinin ərazisində olmuş qədim Vindobonanın keçmişinə nəzər salmaq üçün mühüm mənbədir. Beləliklə, arxeoloqlar qədim Roma düşərgəsini tam bərpa etməyə bir addım da yaxınlaşmış olurlar. Bu kimi qazıntılar sayəsində iki min il bundan əvvəl insanların necə yaşaması, onların hansı infrastrukturdan istifadə etməsi və gündəlik həyatlarının necə keçməsi haqqında önəmli məlumatlar əldə etmək mümkündür.

O bildirib ki, 150 ildən çox müddətdə Vyana şəhərində aparılan bütün tikinti işlərində arxeoloqlar da yaxında iştirak edirlər. Əldə edilən arxeoloji məlumatlar nəticəsində artıq qədim Roma düşərgəsinin əksər istehkam, kazarma, hərbi qərargah və digər tikililəri sənədləşdirilib.

Qeyd edək ki, Vyana şəhərinin mərkəzi rayonu olan İçəri Şəhər ərazisində eramızın I-V əsrlərdə Vindobona hərbi düşərgə-şəhərciyi yerləşib. Roma İmperiyasının şimal sərhədlərini qorumaq məqsədi daşıyan bu düşərgə Dunay çayı sahillərində german tayfalarının hücumlarına qarşı mühüm məntəqə olub. On səkkiz hektar ərazini əhatə edən düşərgədə müxtəlif dövrlərdə 6-10 min əsgər olub. Onun ətrafındakı yaşayış məntəqəsində isə əhalinin sayı 30 minə çatıb. Eramızın 168-180-ci illərində german tayfalarına qarşı müharibələrdə iştirak edən Roma imperatoru Mark Avreli da bu düşərgədə qalıb. Vyanada imperator Mark Avrelinin adını daşıyan küçə və abidələrə bu gün də rast gəlmək mümkündür.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR