Dərc edildi: Baxış sayı: 470
Vyanada işıqforlarda düymələr "ağıllı" kameralar ilə əvəz ediləcək
Vyanada piyada keçidlərində quraşdırılacaq kameralar insanın yaxınlaşmasını müəyyənləşdirəcək və işıqforun hərəkətə icazə verən siqnalını yandıracaq.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, sistem insanlar yolu keçməyə vaxt tapmadığı halda yaşıl siqnalın müddətini uzadacaq, əks halda isə onu vaxtından əvvəl söndürəcək. İstehsalçılar bildiriblər ki, insanın yaxınlaşmasını müəyyənləşdirməyə təxminən 2 saniyə tələb olunur. Beləliklə, Vyana hakimiyyəti şəhərdə yolun vəziyyətini yaxşılaşdırmaq istəyir.
2020-ci ildə bəzi keçidlərin yeni sistemlə təchizinə başlanılacaq. Yeni sistem ilk öncə sınaq rejimində işləyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət