Slimfit
  1. CƏMİYYƏT

Vüsalə Rafiqqızı: Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri yoxdur

Vüsalə Rafiqqızı: Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri yoxdur
Sakura

Vüsalə Rafiqqızı: Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri yoxdur

Respublikamızın yerləşdiyi regionda və cənub qonşumuz İranın, eləcə də qardaş Türkiyənin ərazilərində seysmik aktiv bölgələr var. Cənubi Qafqaz regionu da seysmik aktiv bölgədə yerləşir. Zəlzələ ocaqları qırılma xətləri boyunca yerləşdiyindən litosferin dərin qatlarında gedən proseslərin nəticəsi olaraq həmin ocaqlarda enerji boşalmaları gedir, zəlzələlər baş verir. Bu proses demək olar ki, davamlı gedir və hər gün stansiyalarımız tərəfindən onlarla zəif təkanlar qeydə alınır. Dəfələrlə bəyan etdiyimiz kimi, respublikamızın ərazisinin Türkiyə və İrandakı seysmik zonalarla hər hansı əlaqəsi olmadığından qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur.

Ens.az xəbər verir ki,bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

“Son günlər Gədəbəy, o cümlədən Samuxda qeydə alınan təkanlara gəlincə, bir daha bildirmək istəyirəm ki, ölkəmizin ərazisi seysmik bölgədə olduğuna görə burada hiss edilən və edilməyən zəlzələlər baş verə bilər. Hər iki zəlzələ hiss edilməyən idi. Biz beynəlxalq razılaşmaya əsasən maqnitudası 3 və ondan yuxarı olan zəlzələlər barədə məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayırıq. Odur ki, hər iki zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Onun olub-olmayacağına dair əvvəlcədən birmənalı fikir söyləmək mümkün deyil”, - deyə V.Rafiqqızı diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 13-də Gədəbəydə maqnitudası 3,3, iyunun 15-də isə Samuxda maqnitudası 3 olan yeraltı təkanlar qeydə alınıb. Hər iki zəlzələ hiss olunmayıb.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR