Slimfit
  1. MARAQLI

Vulkanların ən böyük təhlükəsi müəyyən edildi

Vulkanların ən böyük təhlükəsi müəyyən edildi
Sakura

Vulkanların ən böyük təhlükəsi müəyyən edildi

Yeni Zelandiyanın Messi Universitetinin alimləri vulkan püskürən zamanı meydana gələn piroklastik axınların böyük dağıntılara yol açmasının səbəbini müəyyən edib.

Lenta.ru-nun məlumatına görə, tədqiqat barədə məqalə “Nature Geoscience” jurnalında dərc olunub.  

Tədqiqatçılar vulkanik püskürmələrin irimiqyaslı modelləşdirilməsini həyata keçirib. Bunun üçün onlar vulkanı təqlid edən 35 metr hündürlüklü süni təpəyə hava ilə qarışmış qaynar material, o cümlədən, pemza və kül yerləşdirib. Eksperimentin gedişi yüksəsürətli çəkilişə icazə verən kamera ilə lentə alınıb.

Kül və süxur qırıntılarının aşağı doğru hərəkət etməsi nəticəsində piroklastik axının analoqu meydana gəlib. Onun əsasında hava ilə zəngin təbəqə formalaşıb.

Piroplastik axınlar plinian və peley tipli katastrofik püskürmələr zamanı meydana gəlir. Onlar eruptiv sütunların və ya lava gümbəzinin dağılması nəticəsində formalaşır. Axının daxili temperaturu min dərəcə selsiyə qədər yüksələ bilir, sürəti isə bəzən 700 km/saata çatır.

Vulkan püskürmələri zamanı ölüm hallarının yarıdan çoxu məhz bu səbəbdən baş verir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR