Slimfit
  1. İDMAN

"Vorskla" "Fənərbağça"nın futbolçusunu transfer edib

"Vorskla" "Fənərbağça"nın futbolçusunu transfer edib
Sakura

Ukraynanın “Vorskla” klubu Türkiyə təmsilçisi “Fənərbağça”nın futbolçusu Adenis Şalanı transfer edib

Ukraynanın “Vorskla” klubu Türkiyə təmsilçisi “Fənərbağça”nın futbolçusu Adenis Şalanı transfer edib.

Report” gazetatema.net saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçunun keçidində poltavalıların sabiq oyunçusu Armend Dallku rol oynayıb. Bu yaxınlarda Kosovo U-21-ni Albaniyanın müvafiq yaş qrupu üzrə yığmasına dəyişən A.Şala ilə müqavilənin detalları açıqlanmır.

Priştina futbol məktəbinin yetirməsi olan A.Şala bu ilin fevralında Kosovonun “Velaznimi” klubundan “Fənərbağça”ya keçib.

Qeyd edək ki, “Vorskla” Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alıb. İlk matçda ukraynalılar, ikinci görüşdə isə Ağdam təmsilçisi 1 cavabsız qolla qalib gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR