Slimfit
  1. SİYASƏT

COP29 çərçivəsində xarici jurnalistlər Qala Qoruğunda olublar

COP29 çərçivəsində xarici jurnalistlər Qala Qoruğunda olublar
Sakura

COP29 çərçivəsində xarici jurnalistlər Qala Qoruğunda olublar

Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən beynəlxalq media nümayəndələrinin “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna ziyarətləri təşkil olunub.

Ens.az Report.az-a istinadən xəbər verir ki,jurnalistlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC tərəfindən Qala Qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyinə baş çəkib.

Daha sonra “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət edərək XVIII əsrə aid Abşeron kənd həyatı ilə tanış olmuş, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi ekoloji cəhətdən dost olan qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər.

Beynəlxalq media nümayəndələrinə qədim Abşeron kəndlərində sakinlərin həyat tərzi, eyni zamanda Qala Qoruğu ərazisində yerləşən memarlıq və arxeoloji abidələr barədə ətraflı məlumat verilib.

Həmçinin, xarici media mənsublarına Qala Qoruğunda yenidən dirçəldilən, təkrar istifadə ilə ərsəyə gələn qurama eko-dost sənəti haqda məlumat verilib. Qonaqlar COP29 tədbirinə dəstək olaraq təşkil olunmuş “Qurama Art. Zamanın vəhdəti” sərgisi ilə tanış olublar.

 

Qeyd edək ki, beynəlxalq media nümayəndələrinin Qala Qoruğuna həyata keçirilən gəzintisi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR