Slimfit
  1. AVTO VƏ MOTO

Volvo, avtomobillərin sürətini 180 km/saat ilə məhdudlaşdıracaq

Volvo, avtomobillərin sürətini 180 km/saat ilə məhdudlaşdıracaq
Sakura

Volvo, avtomobillərin sürətini 180 km/saat ilə məhdudlaşdıracaq

İsveçin avtomobil istehsalçısı Volvo, gələn ildən etibarən bütün avtomobillərdə sürət həddini nəqliyyatdakı yaralanma və ölümləri azaltmaq üçün "saatda 180 kilometr" ilə məhdudlaşdıracağını açıqlayıb.

"Marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, avtomobillərdə "saatda maksimum 180 kilometr" sürət həddi tətbiq ediləcək.

Qərarın məqsədi, nəqliyyatda yaralanma və ölümləri azaltmaqdır. Bunun üçün sürətə nəzarət və digər texnologiyalarını istifadə edəcək şirkət, eyni zamanda xəstəxana və məktəb bölgəsində avtomatik olaraq sürətin məhdudlaşdırılması üzərində də işləyəcək.

Volvo-nun İcraçı direktoru Hakan Samuelsson, avtomobil istehsalçılarının, sürətli və sərxoş  avtomobil sürmək kimi məsuliyyətsiz hərəkətlərin qarşısını almaq üçün texnologiya istifadə etmək hüququ və ya məsuliyyətləri olub-olmadığı barədə bir müzakirə başlatmaq istədiklərini bildirib.

Çinin avtomobil nəhəngi "Zhejiang Geely Holding", "Volvo Car Group"u 2010-cu ildə 1,8 milyard dollara ABŞ-ın avtomobil istehsalçısı Ford-dan satın almışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR