Slimfit
  1. AVTO VƏ MOTO

Volkswagen yenilənmiş Tiguan modelinin ilk təsvirini dərc edib

Volkswagen yenilənmiş Tiguan modelinin ilk təsvirini dərc edib
Sakura

Volkswagen yenilənmiş Tiguan modelinin ilk təsvirini dərc edib

Volkswagen şirkəti yenilənmiş Tiguan modelinin ilk görüntüsünü dərc edib. Məlumdur ki, yığcam krossover alman markasının Avropadakı bestseller-idir. Bu hadisənin əhəmiyyətini qeyd etmək üçün alman istehsalçısı əsas diqqəti yenilənmədən çox, Tiguan modelinin satış statistikasına yönəldib.

Statistik rəqəmlərdən belə məlum olur ki, 2019-cu ildə şirkətin ən kütləvi modeli Tiguan olub - hətta, krossoverin Volkswagen Golf modelini də üstələdiyi ortaya çıxıb. Belə ki, dünya üzrə 910.926 ədəd krossover buraxılıb - 2007-ci ildəki debütündən bu günə qədər krossoverin ümumi tirajı 6 milyonu keçib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Tiguan Almaniya, Rusiya, Çin və Meksikada istehsal olunur. Krossover 2016-cı ildə nəsil dəyişikliyini yaşayıb və hazırkı restaylinq mövcud modelin ilk yenilənməsi olacaq. Populyarlığını nəzərə alaraq, potensial alıcıları məyus etməmək üçün, Volkswagen əlindən gələni edəcəkdir. Buna görə də, krossoverin "üzünün" digər müasir modellərin - təkcə Golf-un deyil, həm də ə T-Roc və T-Cross krossoverlərinin üslubunda dizayna malik olmasında təəccüblü heç nə yoxdur.

Doğrudur, Volkswagen bütün təfərrüatları açıqlamaq fikrində deyil: məsələn, krossoverin interyerinin hansı istiqamətdə dəyişəcəyi bilinmir. Bu restaylinqin yalnız planlaşdırılan bir yeniləmə olduğunu nəzərə alsaq, çox güman ki, istehsalçı diqqəti salon arxitekturasında deyil, elektron sistemlərin təkmilləşdirilməsinə yönəldəcəkdir. Volkswagen nümayəndələri, yenilənmiş Tiguan modelini yeni, daha məhsuldar multimedia sistemi və yenilənmiş sürücü köməkçiləri kompleksi ilə təmin edəcəklərinə söz veriblər. Bu köməkçilərin arasında 2-ci səviyyəli avtopilot sistemi də vardır.

Yeni proqram təminatı, avadanlıqlar və daim şəbəkəyə qoşulu olmaq imkanı sayəsində krossover bir çox onlayn servislərə giriş əldə edə bilər. Bunların xoş nəticəsi olaraq, proqramın "hava üzərindən" yeniləməsi imkanı da ola bilər.

 

Yenilənmiş Tiguan haqqında yeganə rəsmi təsdiq edilmiş məlumat onun mühərrik çeşidinə aiddir. Artıq xəbər verdiyimiz kimi, yenilənmiş Tiguan məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc qurğusunu əldə edəcəkdir. Güc qurğusunun tərkibinə benzin turbomühərrikinin, elektromotorun və DSG transmissiyasının daxil olacağı məlumdur və elektrik ötürməsi ilə Tiguan GTE modeli 50 km məsafəni qət edə biləcəkdir. Böyük ehtimalla, krossover Golf GTE modeli üçün təklif edilən 245 at qüvvəli hibrid qurğuya sahib olacaqdır.

Eyni zamanda, yenilənmiş krossoverin 150 at qüvvəsinə malik olan dünyanın ən təmiz dizelinə və "yumşaq" hibrid sxeminə uyğun olan benzin turbomühərriklərinə sahib olacağı söylənilir. 330 at qüvvəli "bərkgedən" Tiguan R modelinin 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində debüt edəcəyini də, təsdiqlənmiş hesab etmək olar.

Mənbə: milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR