Slimfit
  1. AVTO VƏ MOTO

Volkswagen yeni T-Roc təqdim edib

Volkswagen yeni T-Roc təqdim edib
Sakura

Volkswagen yeni T-Roc təqdim edib

Volkswagen kompakt krossover T-Roc təqdim edib. Bu, Tiguan modelindən bir pillə aşağıda dayanacaq. Yenilik sentyabr ayının ortalarında Frankfurt avtosalonunda təqdim ediləcək. bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, T-Roc-un fərqləndirici cəhəti altıbucaq radiator barmaqlığı, qabaq fənərlərə keçən diodlu hərəkət işıqlarıdır. Bundan əlavə, krossoverin banı üzərində xromlanmış dekorativ elementlər. Avtomobil, həmçinin opsiya kimi əlyetərli olan rəng alıb.

Volkswagen T-Roc modul platforması MQB-də yığılıb. Bundan əlavə, benzin mühərriklər sırasına 1,5-litrlik, 150 a.g. olan turbo mühərrik daxildir. O, mexaniki və ya ikimuftalı 7-pilləli robot sürət qutusu ilə birgə çalışır. Belə versiya həm qabaq, həm də tamötürücülü olur. Ən güclü variant 190 a.g. verən 2,0-litrli mühərrik, robotlaşdırılmış sürət qutusu və tam ötürücü alıb.

Dizel qammasına 1,6-litrlik, 115-güclü, mexaniki sürət qutusu ilə birgə çalışan mühərrik daxildir. Bundan əlavə, krossover 2-litrlik, 150 və 190 a.g. verən mühərriklərlə təklif ediləcək.

Volkswagen T-Roc cari ilin sonlarında satışa çıxarılacaq. Qiymət isə bir qədər sonra məlum olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR