Slimfit
  1. AVTO VƏ MOTO

Volkswagen 2019 Golf R üçün 40 xüsusi rəng seçimini təqdim edir

Volkswagen 2019 Golf R üçün 40 xüsusi rəng seçimini təqdim edir
Sakura

Volkswagen 2019 Golf R üçün 40 xüsusi rəng seçimini təqdim edir

Alman avtomobil nəhəngi Volkswagen 2019 model Golf R almaq istəyənlər üçün yeni 40 fərqli rəng variantını təklif etdi. Xüsusi sifarişli rənglər əvvəllər Volkswagen tarixində olan rənglərdən ibarətdir.

Ens.Az Ted.az-a istinadən bildirir ki, səkkizinci nəsil Volkswagen Golf R satışa çıxmazdan bir müddət əvvəl Volkswagen Mk7 modeli və bu modeli sevənlər üçün xüsusi bir şey etmək qərarına gəldi. Alman avtomobil nəhəngi 2019 model Golf R müştəriləri üçün yeni rəng seçimlərini təklif etdi. Üstəlik, şirkət üç və ya beş deyil, 40 rəng seçimini əlavə etdi. 2019 model Golf R müştərilərinə təqdim ediləcək hər yeni rəng seçimi Volkswagen tarixində rol oynamış rənglər olacaq. Məsələn, şirkətin Mars Red rəngi Mk1 Golf GTT- yə, Ginster Yellow rəngi Mk3 Driver's Edition GTI-ya, Jazz Blue Pearl rəngi də Mk4 20th Anniversary GT-yə veriləcək.

Bəs 2500 dollara satılan bu 40 rəng arasında ən çox seçilən rənglər hansılardır? Carbuzz komandasının sözlərinə görə 40 yeni rəng arasında ən populyar rəng Viper Green Metallic (yuxarıdakı şəkildəki rəng) oldu. Viper yaşıl metallik rəng bütün xüsusi sifariş modellərinin 17%-də (Kanadada 26, ABŞ-da 33) var.

Onu da bildirək ki, Azure Blue Pearl, Bordeaux Red Pearl, Caribbean Green, Curry Yellow, Dark Burgundy Pearl, Mars Red ve Raspberry Red rəngləri ABŞ-da bir dəfə satılıb. Volkswagen şirkətindən verilən açıqlamaya görə Anthracite Metallic, Futura Yellow Metallic, Hot Chili Pearl, Ice Blue, Inky Blue Pearl, Oxide Red ve Star Blue Metallic rənglərə isə bu vaxta qədər heç kim müraciət etməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR