Dərc edildi: Baxış sayı: 394
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, İstanbulda keçirilən mərasimdə millimizin də rəqibləri müəyyənləşib. Yığmamız Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya komandaları ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan
B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya
C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya
D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə
Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda görüşlər Türkiyənin paytaxtında olacaq. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət