Vladimir Putinlə Avropa Komissiyasının prezidenti arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və Avropa Komissiyasının yeni prezidenti Ursula fon der Leyen arasında telefon danışığı olub.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti Avropa Komissiyasının yeni prezidentini bu posta seçilməsi münasibətilə təbrik edib.
Rusiya və Avropa İttifaqı arasında hazırkı münasibətlərin çətin dövrdən keçdiyini qeyd edən Putin və Leyen Avropanın və beynəlxalq gündəlikdə olan vacib məsələlərə ortaq yanaşmanın tapılması tərəflər arasında birbaşa dialoqun inkişaf etdirilməsinin marağında olduqlarını qeyd ediblər.
Liderlər Parisdə keçiriləcək "Normandiya formatı"nda görüş ətrafında müzakirələr aparıblar. Rusiya Prezidenti və Avropa Komissiyasının prezidenti Minsk razılaşmasının müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət