Rusiya “Aurus” avtomobillərinin Avropda satışına 2021-ci ildən başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib. Nazir deyib ki, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribyuterlərin müəyyən edilməsi üçün iş gedir.
Onun sözlərinə görə, “Aurus” avtomobillərinin “SUV” yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq. Ümumilikdə “Aurus” brendi altında dörd model – sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək.
D.Manturov “Aurus” limuzinlərinin yalnız eksklyuziv istehsal olunacağını da vurğulayıb.
“Bu avtomobillərin sadə versiyası olmayacaq. Onların yalnız zirehli variantı istehsal ediləcək”,- deyə nazir bildirib və əlavə edib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin zirehli “Aurus” limuzinindən istifadə edir. Onun sözlərinə görə, belə zirehli avtomobili hər kəs sifariş verə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət