Slimfit
  1. DÜNYA

Vladimir Putin Ermənistanın keçmiş rəhbərinə zəng etdi

Vladimir Putin Ermənistanın keçmiş rəhbərinə zəng etdi
Sakura

Vladimir Putin Ermənistanın keçmiş rəhbərinə zəng etdi

Putin məktubunda sabiq prezidentin iki ölkə arasında dostluq, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəni xüsusilə vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Ermənistanın ikincin prezidenti Robert Koçaryanla telefonla danışıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, Ermənistanın sabiq prezidentinin bu gün 66 yaşı olur.

Xatırladaq ki, daha əvvəl Putin Koçaryana məktub göndərək onu ad günü münasibətilə təbrik edib. Putin məktubunda sabiq prezidentin iki ölkə arasında dostluq, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəni xüsusilə vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin fevralında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın 52,8 faiz səslə qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə seçkidə saxtakarlığın olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-si ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olmuş Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq və qanunsuz yolla əldə edilmiş vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib. Lakin iyunun 25-də Apelyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR