Slimfit
  1. CƏMİYYƏT

Vitse-spikerlə deputat arasında gərginlik: “Çıxışlarınıza qulaq asanda mərsiyəçi yadıma düşür”

Vitse-spikerlə deputat arasında gərginlik: “Çıxışlarınıza qulaq asanda mərsiyəçi yadıma düşür”
Sakura

Vitse-spikerlə deputat arasında gərginlik: “Çıxışlarınıza qulaq asanda mərsiyəçi yadıma düşür”

“Biz bələdiyyələrlə bağlı qüsur və nöqsanları daim gündəmə gətirmişik. Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yeri var: 

“Bələdiyyələrdə qüsurlar, nöqsanlar var. Bununla bağlı deputatlar zaman-zaman çıxış edirlər. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvət almaqda təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Eyni zamanda, yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”. 

Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Çıxışlarınıza qulaq asanda, adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”. 

Qeyd edək ki, deputat R.Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR