Dərc edildi: Baxış sayı: 408
Vitse-spiker: "Gürcüstan Azərbaycanla əlaqələri gücləndirməyə hazırdır"
"Gürcüstan Azərbaycanla parlamentlərarsı əlaqələri gücləndirməyə və daha da fəallaşdırılmasına hazırdır".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Kaxaber Kuçava Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.
Vitse-spiker görüşdə iki ölkə arasındakı möcvud əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib: "Çox pozitiv görüş və xoş dialoq oldu. Əminik ki, gələcək illərdə ölkələrimiz arasında əməkdaşlıq daha da məhsuldar olacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət