Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Vişnənin bu faydalarını eşitdikdən sonra hər gün vişnə yeyəcəksiniz

Vişnənin bu faydalarını eşitdikdən sonra hər gün vişnə yeyəcəksiniz
Sakura

Vişnənin bu faydalarını eşitdikdən sonra hər gün vişnə yeyəcəksiniz

Daha çox faydaları ilə tanınan vişnə, həm yeməklərdə, həm də dərman istehsalında istifadə edilir. 270-dən çox növü olan bu meyvənin yalnız bir neçə növü daha çox istifadə edilir.
Yeniavaz.com sizlərə vişnənin bilmədiyiniz faydalarını təqdim edir.
Vişnə həm şirin həm də turş bir meyvədir. O, osteoartrit, idman məşqləri zamanı yaranan əzələ ağrısı, yuxusuzluq üçün faydalıdır. Qırmızı meyvələrdən biri olan vişnə antioksidan baxımından da zəngindir. Tərkibində olan C vitamini immunitet sistemini gücləndirərək, xərçəng riskini azaldır.
Araşdırma nəticəsində vişnə,  hüceyrə transformasiyasını (xərçəngə aparan) məhv edə biləcək kimyəvi maddələrlə zəngin olduğu sübut edilib.  Bu maddələr sayəsində insanlarda döş, ağciyər, qaraciyər, dəri və bağırsaq xərçəngi riski azalır. 
Vişnə eyni zamanda bədəndəki duz və daşların atılmasına, revmatizmanın müalicəsində istifadə olunur. Tərkibində olan "Antosiyanın" ürək və damar xəstəlikləri riskini azaldır. Eyni zamanda dərini akne və sızanaqlardan təmizləyir. Vişnə şirəsi isə iştahı və həzmi yaxşılaşdırır.
Bu meyvə eyni zamanda ağrıkəsici kimi də istifadə edilir. İdman məşqlərindən sonra bir stəkan albalı şirəsi əzələ ağrılarını azaldır.  Bununla bərabər, kalsium, dəmir və fosforla zəngin olan meyvə yaddaş güclənməsində, kilo atılmasına da köməkçi olur.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR