Dərc edildi: Baxış sayı: 662
Viruslardan qoruyan təbii vasitələr
Payız və qış aylarında soyuqdəymə və qripp xəstəlikləri artır.
Ekspertlər soyuq fəsillərdə viruslardan qorunmaq üçün ədviyyatlardan daha tez-tez istifadə etməyi tövsiyyə edirlər.
Ədviyyatlar soyuq fəsillərdə bədən temperaturunu tənzimləyir, həzmi və əhvalı yaxşılaşdırır.
NUHÇIXAN zdr.ru-ya istinadla xəbər verir ki, Rusiyalı diyetoloq Lyudmila Babiç qidalara az miqdarda qıtığotu kökünü (“xren”) əlavə etməyi tövsiyyə edir.
Qıtığotu kökü orqanizmi möhkəmləndirir, iltihab və mikrob əleyhinə təsir edir. Qıtığotu kökü fitonsid maddələri ilə zəngindir. Bu maddələr təbii antibiotik sayılır. Qıtığotu kökü sistit və digər sidik yolları infeksiyaları zamanı yaxşı kömək edir. Həmçinin nəfəs yolları infeksiyaları zamanı da faydalıdır.
Soyuqdəymə sezonunda hilin istifadəsi də çox yaxşı kömək edir. Hili çay və ya qəhvəyə əlavə etmək olar. Bu ədviyyat əhvalı yüksəldir, depressiyanın qarşısını alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət