Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Virus infeksiyalarından sonra orqanizmi bərpa edən ən yaxşı təbii vasitə

Virus infeksiyalarından sonra orqanizmi bərpa edən ən yaxşı təbii vasitə
Sakura

Virus infeksiyalarından sonra orqanizmi bərpa edən ən yaxşı təbii vasitə

Qripp, soyuqdəymə, koronavirus və s. virus infeksiyalarından sonra orqanizmi daha tez bərpa etmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.

Ens.az Saglamolun.Az-a istinadən xəbər verir ki,  Rusiyalı həkim-terapevt Alla Romanenko “Вечерняя Москва”-ya verdiyi müsahibədə ən yaxşı belə vasitəni açıqlayıb.

Həkimin sözlərinə görə, bu itburnu dəmləməsidir. İtburnu dəmləməsi insanın ümmumi vəziyyətini yaxşılaşdırır və tonusunu artırır. Bildiyimiz kimi, bu dəmləmə arterial təzyiqi salır. Bu səbəbdən həkim hipotoniklərə (təzyiqi aşağı olanlar) itburnu dəmləməsinə apteklərdə satılan eleuterokokk ekstraktını əlavə etməyi tövsiyə edir.

Dəmləməni gündə 2 dəfə içmək lazımdır. Təzyiqi aşağı olanlar dəmləməyə 30-40 damcı eleuterokokk ekstraktını əlavə etməlidir.

Bundan əlavə keçirilmiş virus infeksiyasından sonra qidalanmada zülalla zəngin olan məhsullar artırılmalıdır. Zülallar immun sisteminin əsas komponentləridir. Xəstəlik zamanı immunitet zəifləyir və onu bərpa etmək üçün qidalanmada mütləq yağlı olmayan bişmiş mal və quş əti, yumurta, süd məhsulları olmalıdır. Süd məhsulları həm də immun sisteminin normal fəaliyyəti üçün olduqca vacib olan bağırsaqların mikroflorasına müsbət təsir edir  

Həmçinin bərpa dövründə kifayət qədər su içmək lazımdır. Su orqanizmdən toksinləri xaric edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR