Dərc edildi: Baxış sayı: 775
Vilayət Eyvazov alay komandirini vəzifəsindən azad edib
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Balakişi Əhmədov tutuduğu vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Qeyd edək ki, bu gün Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov da xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət