Slimfit
  1. AZƏRBAYCAN

Vikipediyada Leyla Əliyeva haqqında özbəkcə bölmə yaradılıb

Vikipediyada Leyla Əliyeva haqqında özbəkcə bölmə yaradılıb
Sakura

Vikipediyada Leyla Əliyeva haqqında özbəkcə bölmə yaradılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Vikipedia Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva haqqında özbək dilində bölmə yaradılıb, Azərbaycan dilində bölmə isə yeni məlumatlarla zənginləşdirilib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, yaradılan bölmədə Leyla xanımın həyatı, təhsili, fəaliyyət göstərdiyi sahələr və hərəkatlar, Heydər Əliyev Fondu, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” ictimai birliyi çərçivəsində fəaliyyəti, habelə mədəniyyətlər arası dialoqa verdiyi mühüm töhfələr barədə məlumatlar yer alıb.

Qeyd olunur ki, Azərbaycanın daha geniş auditoriyada təbliği məqsədi ilə Leyla Əliyeva tərəfindən 19 dekabr 2007-ci ildə Rusiyada “Baku” jurnalını təsis edilib və o, 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru seçilməklə bu təşkilat çərçivəsində uğurlara imza atıb.

Bölmədə Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində aparılan işlər və bu hərəkat nəticəsində dünyanın onlarla ölkəsi, ABŞ-ın 22 ştatı, 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi tanıdığı qeyd olunur.

Bölmədə Leyla xanımın yaradıcılığına da nəzər salınıb, onun aktiv bədii yaradıcılığı ilə bərabər, həm də rəssamlıq, rejissorluq kimi sahələrdə fəaliyyəti haqqında məlumat verilib. Leyla Əliyevanın yaradıcılığında babası Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeirinin ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığı yazılıb.
Şairənin “Sanki bir alovsan”, “Dünya yuxutək əriyir...”, “Ulduzlar göylərdə düzülsəydi sırayla” şeirləri haqqında məlumat verilir, ilk dəfə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş “Dunyo tushdek erib bormaqda (Dünya yuxutək əriyir) ... ” adlı şeirlər kitabı vasitəsi ilə əsərlərinin Özbəkistan oxucularına öz ana dillərində təqdim olunduğu bildirilib.

Məlumatlar arasında xüsusi ilə Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar yaradılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası barədə yazılır, planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etmək, gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə görülən işlər işıqlandırılır.

Bölmədə ictimai xadim və şairə Leyla xanım Əliyevanın əsərləri, mükafatları, yaradılmış qalereyada isə bir sıra fotoşəkilləri yer alır.

Yaradılmış bölmə ilə https://uz.wikipedia.org/wiki/Laylo_Aliyeva adlı linkdə tanış olmaq mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, tanınmış şəxsiyyətlərimiz, Azərbaycanın turizm potensialı, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR