Slimfit
  1. AZƏRBAYCAN

Vətəndaşlığa qəbul edilən 241 nəfər and içdi

Vətəndaşlığa qəbul edilən 241 nəfər and içdi
Sakura

Vətəndaşlığa qəbul edilən 241 nəfər and içdi

Dövlət Miqrasiya Xidmətində təntənəli andiçmə mərasimi keçirilib.​


Prezident İlham Əliyevin 241 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqıında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.​

DMX-dan Femida.az-a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov həyatlarında ən unudulmaz günlərdən birini yaşayan tədbir iştirakçılarını Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaqları münasibəti ilə təbrik edib. Vüsal Hüseynov diqqətə çatdırıb ki, dünyada tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycanın vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən şəxslərin də sayında artım müşahidə olunur. Çıxışının sonunda Xidmət rəisi 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 233 nəfər və bərpa edilmiş 8 şəxs təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR