Slimfit
  1. CƏMİYYƏT

Vətəndaşların NƏZƏRİNƏ! - Bakının hansı ərazilərində söküntü işlərinə başlanılacaq?

Vətəndaşların NƏZƏRİNƏ! - Bakının hansı ərazilərində söküntü işlərinə başlanılacaq?
Sakura

Vətəndaşların NƏZƏRİNƏ! - Bakının hansı ərazilərində söküntü işlərinə başlanılacaq?

Xəbər verdiyimiz kimi, ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bakıda bütün köhnə binaların söküləcəyini, onların yerində yenilərinin tikiləcəyini deyib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib. Artıq onların sökülməsinin zamanı yetişib.

Ens.Az-ın məlumatına əsasən,məsələ ilə bağlı daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, Bakıda qəzalı vəziyyətdə olan binların tam sayı olmasada, təxminən 100-dən çox qəzalı vəziyyətdə olan bina var:

“Həmin binaların qeydiyyatı Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılıb. Bakı şəhər İcra hakimiyyətində də bu barədə məlumatlar var. Zamanla Nərimanov və Nəsimi rayonu ərazisində olan, o cümlədən Azadlıq prospekti ilə Nərimanov metrosu arasında olan ərazilərdə biz xeyli inşa olunmuş bina görürük və hazırda bir çoxlarının inşası davam edir. Ən çox zamanla burda olub. Onlar Nazirlər Kabinetinin 86 saylı qərarı ilə pilot layihə adı altında başlamışdılar. Qalanları isə rekonstruksiya adı ilə onların sökülməsi davam etdi. Amma həmin pilot layihələr 2018-ci ilin avqust ayının birindən dayandırılıb”.

Ekspert qeyd edib ki, artıq sərəncamlar yerli icra hakimiyyətləri tərəfindən verilmir. Onun sözlərinə görə onların təsdiqlənməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir: “Bir çox ərazilər var ki, məsələn Sabunçu rayonu, neft çıxan ərazilər və bu kimi bir çox yerlər var ki, onlar satış üçün heç də əlverişli ərazilər deyil. Buna görə də tikinti şirkətləri onlarla maraqlanmır və həmin binalardan da olduğu kimi qalıb. Güman edirəm ki, orada bir çox evlər mövcuddur ki, onlar 30-cu illərdən qalıb”.

Elnur Azadov hesab edir ki, yaxın zamanlarda Bakıda söküntü işlərinin başlayacağı güman edilmir. Adətən müraciətlər tikinti şirkətləri tərəfindən Arxitektura Komitəsində baxılır ki, hansı ərazilərdə onlara sərf edərsə, şirkət orada tikinti işləri aparır.

Hökumət özü bu barədə layihə hazırlayıb tikinti şirkətlərinə təqdim etmir. Ən böyük problem də budur – deyə o, əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR