Slimfit
  1. AZƏRBAYCAN

Vətəndaşların bu saytlar haqda şikayətləri müzakirə edildi

Vətəndaşların bu saytlar haqda şikayətləri müzakirə edildi
Sakura

Vətəndaşların bu saytlar haqda şikayətləri müzakirə edildi

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

AzNews.az xəbər verir ki, toplantını açan komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ “Fireland Vineyards” MMC-nin “Dia.az” saytına qarşı şikayəti olub. Bu xüsusda son zamanlar «Dia.az» saytından şikayətlərin intensivləşdiyi, sayının çoxluğu və şikayətçilərin ciddi arqumentlərlə çıxış etdikləri önə çəkilib. Buna görə də razılığa gəlinib ki, saytla əlaqədar xüsusi müzakirə keçirilsin və daha geniş araşdırmalar aparılsın.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ABA TV-yə qarşı şikayətinin müzakirəsində sayt rəhbərliyi iradları qəbul edib. Şikayət doğuran materiallar dövriyyədən çıxarıldığı üçün məsələ qapanmış sayılıb. ABA TV-yə xəbərdarlıq edilərək bu sayaq məsələlərin təkrarlanmaması tövsiyə olunub.

Komissiya “Sipark İnşaat ” MMC-nin “7 news.az” saytına qarşı şikayətini də araşdırıb. “7 news.az” saytının rəhbəri Səbuhi Abbasov iclasda iştirak edib. Şikayətçi tərəf isə toplantıya qatılıb mövqeyini əsaslandırmadığı üçün iddia əsassız sayılıb və geri qaytarılıb.

Sumqayıt şəhər tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayevanın “Azbaku.org”, “Bakunews.az”, “Doqruxeber.az” və “Conflikt.az” saytlarına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, fəaliyyətləri narazılıq doğurmuş saytlar tutarlı arqumentlər gətirmədən məktəb direktoru barədə ittihamedici fikirlər səsləndiriblər, həmçinin peşə prinsiplərinə zidd olaraq onun şəxsi həyatı ilə bağlı da əsassız məsələləri gündəmə gətiriblər. Qeyd edilən saytların nümayəndələri iclasda iştirak edib mövqelərini bildirmədikləri üçün məsələnin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılması razılığına gəlinib.

Kənd Təsərrüfati Nazirliyinin «Azəraqrar» Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru Anar Hüseynovun «Realmedia», «Teref.info», «Bakunews.az» xəbər saytlarına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən saytlarda yayımlanmış materiallarda A.Hüseynovun fəaliyyətinə düşünülmüş şəkildə xələl gətirmək, nüfuzunu zədələmək üçün qondarma fikirlər yer alıb. Tənqid obyekti heç bir əsaslandırma olmadan müxalif düşərgədə dayanan ayrı-ayrı şəxslərlə və terrorçu FETO hərəkatı ilə əlaqələndirilib. Komissiya sözügedən materilları geniş miqyasda araşdırmaq üçün məsələni “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR