Slimfit
  1. CƏMİYYƏT

Vətən müharibəsi iştirakçısı məhkəmə zalından azadlığa buraxıldı

Vətən müharibəsi iştirakçısı məhkəmə zalından azadlığa buraxıldı
Sakura

Vətən müharibəsi iştirakçısı məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsi Vətən müharibəsi iştirakçısı barədə humanist qərar qəbul edib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,  bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə azadlıqdan məhrum edilən Kərimzadə Tunar Famiz oğluna hökm oxunub.

Hökmə əsasən, Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxs barəsində üç il şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsə gələcək həyatında uğurlar arzu edərək qanuna zidd əməllərdən uzaq olmağı arzu edib.

Tunar Kərimzadə humanist qərar qəbul etdiyi üçün məhkəmə heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tunar Kərimzadə müharibədən sonra “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR