Slimfit
  1. AZƏRBAYCAN

Vergilər Nazirliyi xəbərdarlıq etdi: Bəzi məlumatları gizlədirlər

Vergilər Nazirliyi xəbərdarlıq etdi: Bəzi məlumatları gizlədirlər
Sakura

Vergilər Nazirliyi xəbərdarlıq etdi: Bəzi məlumatları gizlədirlər

Vergilər Nazirliyi vergi güzəşti və azadolmaları barədə məlumatları uçot-baza sistemində bəyan etməyən vergi ödəyicilərinə xəbərdarlıq göndərib.

Oxu.Az xəbər verir ki, nazirliyin məlumatına görə, aidiyyəti şəxslərin tərtib etdikləri bəyannamədə bəzi uçot-baza məlumatları əks etdirilməyib.

Bunların arasında əsas və digər fəaliyyət növünün kənd təsərrüfatı məhsullarının istehsalı, uşaq bağçalarının fəaliyyəti ilə bağlı olması, təhsil və ya səhiyyə müəssisəsi olması və s. məsələlər var.

Xatırladaq ki, Vergi Məcəlləsində vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə maliyyə sanksiyası tətbiq edilir. Buna görə də Vergilər Nazirliyi vergi ödəyicilərini əlavə maliyyə sanksiyalarına məruz qalmamaları üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməyə çağırıb.

Nazirlik vergi ödəyicilərinin nəzərinə çatdırıb ki, qanunla müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR