Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Vərəmlə bağlı 5 maraqlı fakt

Vərəmlə bağlı 5 maraqlı fakt
Sakura

Vərəmlə bağlı 5 maraqlı fakt

Martın 24-ü dünyada Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Məhz bu gün alman alim Robert Kox 17 illik işdən sonra laboratoriyada mikobakteriyanı (Mycobactérium tuberculósis)  – indi Kox çubuğu adlandırılan vərəm törədicisini kəşf edib.

Vərəm haqqında bu günə qədər çox şey eşitmişik. Amma Medpress.az bu gün xarici mediaya istinadla oxucuların diqqətinə xəstəliklə bağlı bir neçə az məlum faktı təqdim edir.

Vərəm ən qədim xəstəliklərdən biridir

Vərəm demək olar 70 000 il əvvəl Afrika qitəsində əmələ gəlib. Araşdırmaya əsasən, vərəm xəsətəsi olan insanın mumiyası Misirdə aşkar olunub: arxeoloqların sözlərinə görə, yaşı 2000 ildən çox hesab olunan mumiyada vərəm üçün xarakterik olan zədələnmə izləri vardı.

Buna bənzər zədələr Xeops piramidalarındakı fironların mumiyalarında da aşkarlanıb.

Üstəlik, vərəmin təsvirinə Hippokratın, eləcə də Misir, Çin, Hindistan, Yunanıstan və ərəb ölkələri alimlərinin yazılarında da rast gəlinir.

Vərəmə heyvanlardan da yoluxmaq olar

İnsanların əksəriyyəti vərəmə digər insanlardan yoluxur, lakin bu xəstəliyə heyvanlardan da yoluxmaq mümkündür. 2014-cü ildə Böyük Britaniyada ilk dəfə vərəmin pişikdən insana keçməsi ilə bağlı iki hadisı qeydə alınıb.

Heyvanlar da vərəmə digər heyvanlardan yoluxa bilərlər: məsələn, evlərdə mal-qaradan. Araşdırmaya əsasən, mal-qaranın vərəmə yoluxmasına 50 faizdən çox hallarda porsuqlar səbəb olur.

Babildə vərəm xəstəsi olan qadından boşanmaq olardı

Manu qədim hind qanununa əsasən, kişilərə vərəm xəstəsi olan qadınlarla evlənmək qadağan idi.

Babildə isə (Qədim Mesopotamiyada şəhər) başqa qanun mövcud idi: əgər kişinin arvadı vərəmə yoluxurdusa, ona ləngimədən boşanma razılığı verilirdi.

Tanınmış insanların çoxu və kitab qəhrəmanları vərəm xəstəsi olublar

Salnamələrə əsasən, knyaz Svyatoslav Yaroslavoviç vərəmə tutulub. 1076-cı il dekabrın 27-də onu cərrahiyyə əməliyyatı vasitəsilə müalicə etməyə cəhd göstəriblər, lakin əməliyyat zamanı ölüb.

Çox sayda məşhur insan, o cümlədən V.Q.Belinski, N.A.Dobrolyubov, A.P.Çexov, F.Şopen və digərləri də vərəm xəstəliyinə tutularaq ölüblər.

Vərəm yalnız ağ ciyərə zərbə vurmur

Vərəm daha çox ağ çiyərə zərbə vurur. Ağ ciyərdən kənar vərəmə də rast gəlinir. Məsələn, vərəm həzm sistemini, sidik-tənasül orqanlarını, mərkəzi sinir sistemini, eləcə də dərini, gözü, sümük və oynaqları da məhv edə bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR