Slimfit
Vərəm
Sakura

Vərəm — yoluxucu xəstəlik

Vərəm — yoluxucu xəstəlikdir. O hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verirdi.

Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.

Vərəmi «tuberkulozis» də adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır.

 

Törədicisi

Mycobacterim tuberculosis və ya Kox çöpləri tərəfindən törənir. Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. 70°S-də 30 dəqiqəyə qədər, qaynatdıqda 5 dəqiqəyə məhv olur. 5%-li karbol turşusu, 5%-li formalin məhlulu mikrobu məhv edir. Patogenezi: Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud Qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir. Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir, adətən payız aylarında yoluxma ehtimalı artır. ilkin yoluxanların yalnız 0.4-0.5%-indi vərəm xəstəliyi əmələ gəlir. Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış Qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır. Beləliklə, əhalinin yarıdan çoxu vərəmə yoluxduğu halda heç də hər kəsdə vərəm xəstəliyi əmələ gəlmir. Bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan, müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda (şəkərli diabet, QİÇS və s.), çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

 

Əsas klinik formaları

I qrup: Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası II qrup: Tənəffüs orqanların vərəmi III qrup: Digər orqan və sistemlərin vərəmi:Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi Bağırsağın, peritonun, müsariqə limfa düyünlərinin vərəmiSümük və oynaq vərəmiSidik-cinsiyyət orqanlarının vərəmiDəri və dərialtı toxumanın vərəmiPeriferik limfa düyünlərinin vərəmiGözün vərəmiDigər orqanların vərəmi.

 

Klinikası

Vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər.

Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası zamanı bədən temperaturu periodik olaraq 37-38°S-yə qalxır(subfebril hərarət), xəstənin iştahası pozulur, neyrovegetativ pozğunluqlar(əsəbilik və ya süstlük, başağrıları, ürəkdöyünmə), periferik limfa düyünlərinin zəif böyüməsi(mikropoliadeniya), periadenit, qaraciyərin, bəzən dalağın bir qədər böyüməsi, bədən çəkisinin artmaması, azalması, orta qulağın iltihabı(orta otit), başqa xəstəliklərə meyllilik müşahidə olunur.

Ağciyərlərin vərəmi uzunmüddətli öskürək, subfebril(bəzən daha çox) temperatur, bəlğəm, bəzən qan hayxırma, döş qəfəsində ağrı və s. əlamətlərlə gedir. Bundan başqa əsəbilik, gecə tərləmələri, arıqlama, arterial təzyiqin enməsi, böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsı kimi ümumi simptomlar xəstəni narahat edir. Miliar vərəmdə proses kəskin olub yüksək temperaturla gedir və bu zaman oskürək, bəlğəm kimi əlamətlər olmaya da bilər, intoksikasiya əlamətləri, tifəbənzər əlamətlər üstünlük təşkil edir. Vərəmin gec, ağırlaşmiş mərhələlərində ürək, qan-damar sistemi, tənəffüs çatışmazlığı əlamətləri meydana çıxır. Xəstənin nəbzi tezləşır(taxikardiya), təngənəfəslik, periferik sianoz(dodaqların, barmaqların göyərməsi), tənəffüs prosesinə köməkçi əzələlərin qoşulması kimil əlamətlər əmələ gəlir. Ağciyər vərəminin bəzi formaları əlamətsiz keçə bilər(ocaqlı vərəm, tuberkulema). Diaqnoz: Vərəmin diaqnozunu qoymaq üçün minimal 3 diaqnostik üsul tətbiq olunur: Ağciyərlərin rentgenoqramması( və ya flüoroqrafiya), Mantu sınağı, Bəlğəmin mikroskopik müayinəsi. Bundan sonra lazım gələrsə əlavə diaqnostik üsullar da tətbiq oluna bilər. Qanın ümumi analizində EÇS artır, eozonofillərin artması(eozonofiliya), limfositlərin azalması (limfopeniya) aşkar edilir. Uşaqlarda və yeniyetmələrdə ilk dəfə Mantu sınağı "+" nəticə verirsə bu "viraj" adlanır və ilkin yoluxmanı göstərir. Yoluxmadan 2 ay sonra viraj aşkar oluna bilər. Müalicəsi: Vərəm sağalan xəstəlikdir. Yalnız gecikmiə mərhələlərdə bu mümkün olmaya bilər. Vərəmin müalicəsi uzun çəkir. Qanuna əsasən Azərbaycan Respublikasında vərəmin müalicəsi pulsuzdur. Pəhriz təyin edilir. Belə ki, xəstə yaxşı qidalanmalı, gün ərzində bütün lazım olan qida maddələrini və kalorini qəbul etməlidir. Qidada zülallar, vitaminlər,mineral maddələr, yağlar miqdarında gündəlik tələbatı ödəməlidir. Ağartılar, yumurta, balıq əti, meyvə-tərəvəz və s. qida növləri yeməkdə üstünlük təşkil etməlidir. Konservativ müalicəyə kimyəvi preparatlar, lazım gələrsə hormonal, desensibilizə edici preparatlar, vitaminlər, sanator-kurort müalicəsi, pəhriz daxildir. Konservativ müalicə nəticə verməzsə cərrahi müalicə aparıla bilər.

 

Profilaktikası

Vərəmin profilaktikası daha vacibdir. Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır, virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür. Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar. Virajlı uşaqlara 3 ay müddətində izoniazidlə kimyəvi profilaktika aparılır. 3 aydan sonra təkrari Mantu sınağı qoyulur - əgər əmələ gələn papulanın ölçüsü kiçilibsə, dərman profilaktikası davam etdirilmir, intensivlik artıbsa və ya yerində qalıbsa 2-3 il də yazda və payızda profilaktika davam etdirilir. Vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bun görə də xəstələrin vaxtında müraciət etmələri, müalicəni başlamaları, sağlam şəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR