Slimfit
  1. CƏMİYYƏT

Verdiyi borc pulu geri ala bilməyən vətəndaş nə etməlidir?

Verdiyi borc pulu geri ala bilməyən vətəndaş nə etməlidir?
Sakura

Verdiyi borc pulu geri ala bilməyən vətəndaş nə etməlidir?

Azərbaycanda vətəndaşlar bir çox hallarda verdiyi borc pulu geri ala bilmirlər. Pul verilərkən hər hansı sənəd və ya şahid olmadığından vətəndaşlar öz pullarını geri qaytarmaq üçün çətinlik çəkirlər. Bəs vətəndaş borc pul verərkən hansı qaydalara əməl etməlidir?

Bu barədə e-huquq.az-ın sualını Vəkillər Kollegiyasının üzvü Etibar Həsənov cavablandırıb. 

Vəkil qeyd edib ki, mülki qanunvericiliyin tələbinə görə, borc müqavilə əsasında verilir: "Tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanılır. Lakin məhkəmə təcrübəsinə görə tərəflər arasında əgər sadə yazılı qəbz imzalanıbsa, bu da sübut kimi tanınır və bu iddialar birmənalı şəkildə təmin edilir. Bu zaman sadə yazılı qəbzdə ad soyad, məbləğ, pulun borc verilməsi, borc alınması, verilmə alınma tarixi və sair kimi məlumatlar öz əksini tapmalıdır. Əgər borclu borcunu inkar edərsə, bu zaman məhkəmə xətşünaslıq ekspertizası təyin olunmaqla, borc barədə məlumatların həqiqiliyi, yazı və ya imzanın borclu tərəfindən icra edilib edilmədiyi müəyyən edilir".

Onun sözlərinə görə, borc mübahisəsində ümumiyyətlə yazılı hər hansı sübut yoxdursa, şahid ifadəsi o qədər də əhəmiyyət kəsb etmir.

Vəkil bəzi hallarda borc alandan şəxsiyyət vəsiqəsi və ya digər sənədin alınmasına da münasibət bildirib. O qeyd edib ki, sənədin aid olmadığı şəxsdə saxlanması qanuni deyil: "Əgər sənədi hər hansı hərəkəti rəsmiləşdirməkçün tələb edirlərsə, bu zaman qeyri-qanuni hal yoxdur. Dediyim kimi, borc haqqında müqavilə bağlanmalı və bu, notariusda qeydə alınmalıdır, həmin vaxt şəxsiyyətin müəyyən edilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunur".

E. Həsənov onu da qeyd edib ki, borc məbləği 3000 manatdan çox olarsa və tərəflərdən biri hüquqi şəxs olduqda yazılı müqavilənin yazılı olması məcburidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR