Dərc edildi: Baxış sayı: 674
Venesuelada metro pulsuz oldu
Venesuelanın paytaxtı Karakasda metro stansiyaları bilet hazırlamaq mümkün olmadığı üçün öz turniklərini istifadəçiləri üçün açıb.
Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, metroda istifadə edilən əksər avadanlıqlar kimi, bilet hazırlanması üçün xammal da Venesuelaya xaricdən gətirilir.
Ancaq hökumət böhran səbəbindən valyuta ehtiyatlarına qənaət etmək məcburiyyətindədir.
Nəticədə metro stansiyalarının rəhbərlərinə sərnişinlər üçün bu nəqliyyat vasitəsinin pulsuz olması ilə bağlı əmr verilib.
Karakasda metro xidmətlərindən gün ərzində iki milyon insan istifadə edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət