Venesuelada elektrik təchizatının kəsilməsinə görə qeyri-iş günü elan edilib
Venesuela hökuməti bütün ölkə ərazisində elektrik təchizatındakı fasilələr səbəbindən iş fəaliyyətlərini və təhsil müəssisələrindəki dərsləri bu gün ləğv edib.
“Report” xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Xorge Rodriges “Twitter”də bildirib.
“Elektrik təchizatının bərpasına yardım etmək məqsədilə iyulun 23-də iş günü və təhsil müəssisələrindəki dərslər ləğv olunub. Vətəndaşlara xüsusi ehtiyac olmadan evlərindən çıxmamaları tövsiyə olunur”, - X.Rodriges qeyd edib.
Eyni zamanda ölkənin elektrik naziri Freddi Btito da “Twitter”də elektrik təchizatını artıq bərpa etdiklərini açıqlayıb.
Xatırladaq ki, ötən gün axşam paytaxt Karakasın, habelə 23 ştatın hamısının bir çox bölgələrində elektrik təchizatı kəsilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət