Velosipedçimiz Tokio-2020 üçün daha 3 lisenziya xalı qazanıb
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lvov” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədovla Samir Cəbrayılov da mübarizə aparıb.
133 km məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lvov” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. “Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət