Slimfit
  1. CƏMİYYƏT

Vəkilin iddiaları ilə bağlı - Rəsmi açıqlama

Vəkilin iddiaları ilə bağlı - Rəsmi açıqlama
Sakura

Vəkilin iddiaları ilə bağlı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi vəkil Toğrul Rzayevin peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən təzyiqə məruz qalması iddialarına aydınlıq gətirib.

Ens.Az-ın məlumatına əsasən,DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə şərait yaradılmadığına dair iddiaları şəxsi mülahizələridir.

“Vətəndaş N.İsrəfilov 23.07.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Cavadxan küçəsi 30 ünvanında yerləşən iş otağından ona məxsus qızıl-zinət əşyalarının tanışı Zəkiyev Asif Şükür oğlu tərəfindən oğurlandığını bildirməklə tədbir görülməsini xahiş edib.

Fakta görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılaraq A.Zəkiyev şübhəli şəxs qismində tutulub. Elə həmin gün 23.07.2024-cü il tarixdə vəkil Toğrul Rzayev şübhəli şəxs A.Zəkiyevin hüquqlarının müdafiə olunması məqsədi ilə order təqdim edib və ona şübhəli şəxslə konfidensial şəraitdə görüş üçün şərait yaradılıb.  Buna baxmayaraq iyulun 25-də A.Zəkiyev ibtidai araşdırmaya qoşulan digər vəkilin iştirakı ilə ərizə ilə müraciət edərək T.Rzayev tərəfindən hüquqlarının müdafiə olunmasından könüllü imtina edib. Buna görə həmin tarixdə vəkil T.Rzayevin cinayət prosesində iştirakına xitam verilib.

A.Zəkiyevin ifadəsi yerində yoxlanılıb və yaşadığı ünvandan oğurluq yolu ilə ələ keçirdiyi 2.700 manat dəyərində 1 ədəd qızıl üzük, 8.000 manat dəyərində 1 ədəd qızıl qolbağ və 4.500 manat dəyərində 1 ədəd qızıl qol saatı götürülüb.

İfadənin yerində yoxlanılması zamanı cinayət prosesində iştirakına xitam verilməsinə baxmayaraq vəkil T. Rzayev hadisə yerinə gələrək istintaq hərəkətinin keçirilməsinə qəsdən müdaxilə etməklə maneçilik göstərib”, - qurum rəsmisi bildirib.

Qeyd olunub ki, təqsirləndirilən şəxsin ondan imtina etməsinə baxmayaraq T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verib:

“Vəkil T. Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb”.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR