Slimfit
  1. DÜNYA

Vaşinqtondakı nəhəng obeliskdə kosmik raketin təsviri olacaq

Vaşinqtondakı nəhəng obeliskdə kosmik raketin təsviri olacaq
Sakura

Vaşinqtondakı nəhəng obeliskdə kosmik raketin təsviri olacaq

Amerika astronavtlarının Ayın səthinə enməsinin 50 illik yubileyi münasibətilə ABŞ paytaxtının mərkəzindəki nəhəng Corc Vaşinqton obeliskinin üzərində “Apollon-11” kosmik gəmisini fəzaya daşıyan “Saturn V” raketinin təsviri olacaq.

AZƏRTAC The Washington Post qəzetinə istinadla xəbər verir ki, iyulun 16-dan 18-dək amerikalıların “karandaş” adlandırdıqları obeliskin üzərində raketdaşıyıcının 110 metrlik rəsmi işləniləcək. Bu yubiley tədbirinin təşəbbüskarı və təşkilatçısı Vaşinqtondakı Smitson İnstitutunun Milli Aviasiya və Aeronavtika Muzeyidir.

Muzeydən bildiriblər ki, Kapitoliy binasının və tarixi abidələrin də yerləşdiyi ABŞ paytaxtının Moll adlanan mərkəzi bulvarında isə iyulun 19-20-də 17 dəqiqəlik “Apollon 50” filminin nümayişi olacaq. Tamaşaçılara Ayın səthinə enən kosmik gəminin arxivdən götürülmüş kadrları göstəriləcək, Yerin təbii peykinə ilk insanın enməsi barədə məlumat veriləcək. Bundan başqa, yubiley mərasiminə toplaşanlar Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzdən raketin start götürməsi kadrlarına da baxacaqlar. Bu məqsədlə Vaşinqtonun mərkəzində böyük dinamiklər və nəhəng monitorlar qurşadılacaq. Təşkilatçılar tədbirə 150 minə yaxın insanın gələcəyini bildirirlər.

Raketdaşıyıcının Vaşinqton obeliskində təsvirinin olması üçün ABŞ Konqresinin icazəsi tələb olunurdu. Qanunverici orqanın hər iki palatası bununla bağlı qətnaməni yekdilliklə təsdiq edib və sənəd ötən həftə ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Mərasimin keçiriləcəyi Mərkəzi bulvarda “Lego” məşhur oyuncaq istehsalçısı iyulun 18-dən 20-dək natural ölçüdə astronavt modeli yerləşdirəcək, həmçinin öz pavilyonunun ziyarətçilərinə “Space Launch System” ağır raketinin bloklardan ibarət 6 metrlik maketini təqdim edəcək. Milli Aviasiya və Aeronavtika Muzeyi isə 13 illik fasilədən sonra ilk dəfə Nil Armstronqun skafandrını nümayiş etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR