Dərc edildi: Baxış sayı: 710
Vasif Talıbovun oğlu yenidən deputat seçildi
Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov yenidən deputat seçilib.
Naxçıvan Ali Məclisinin 45 deputatı arasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da var. O, seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplayıb.
Xatırladaq ki, Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən millət vəkili seçilib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət