Dərc edildi: Baxış sayı: 419
Vasif Talıbovdan yeni təyinat
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nurlan Mirzəmməd oğlu Fətəliyev Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət