Dərc edildi: Baxış sayı: 732
Vasif Talıbovdan təyinat
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 22-də Ülvi Mötəbər oğlu Hüseynlinin respublikanın Ali Məclis Aparatının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Ü.Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Aparat rəhbəri həm də Ali Məclisin sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət