Dərc edildi: Baxış sayı: 544
Vasif Talıbovdan DTX-yə rəhbər təyinatı
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib.
Oxu.Az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov bununla əlaqədar iyulun 8-də fərman imzalayıb.
Fərmana əsasən, Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət