Slimfit
  1. MARAQLI

Varlılar artıq özünü bahalı paltarlarla göstərmir. Bəs nə ilə?

Varlılar artıq özünü bahalı paltarlarla göstərmir. Bəs nə ilə?
Sakura

Varlılar artıq özünü bahalı paltarlarla göstərmir. Bəs nə ilə?

Müasir zənginlər özlərinin yeni ambisiyalı elitaya aid olduqlarını daş-qaş oynatmaqla deyil, başqa üsullarla göstərməyə üstünlük verirlər. Əksər hallarda bu çoxlaarı üçün əlçatmaz və bahalı üsullardı.

1899-cu ildə amerikalı iqtisadçı və sosioloq Thorstein Bunde Veblen gümüş qaşıqları və korsertləri cəmiyyətdəki elit mövqenin göstəricisi adlandırmışdı.

O, özünün məhşur "Sərbəst sinif nəzəriyyəsi" kitabında "nümayişkar istehlak" anlayışını öz sərvətini və sosial mövqeyini maddiyyatın və bahalı əşyaların toplanması vasitəsilə nümayiş etdirmək kimi vermişdi.

100 ildən sonra nümayişkar istehlak əvvəlki kimi müasir kapitalizmdə öz rolunu oynayır. Lakin bu gün, Veblen-nin dövründən fərqli olaraq lüks əşyaların çoxu əlçatan olub.

Məhsulların orta təbəqə üçün əlverişli olması XX əsrdə formalaşan kütləvi istehsal iqtisadiyyatının xüsusiyyətlərindən biridir. Belə istisadiyyat istehsalın ucuz işçi qüvvəsi və ucuz materiallar olan ölkəyə keçməsilə səciyyələnir.

Əmələ gələn istehlak bazarında orta sinif getdikcə daha çox tələb edir, amma daha aşağı qiymətə.

Lüks əşyaların belə demokratikləşdirilməsi ona gətirib çıxardı ki, onlara artıq yüksək status göstəricisi kimi baxmaq yersiz olub.

Bundan başqa cəmiyyətdə bərabərsizlik artır, həm elita, həm də orta təbəqə eyni televizorları və eyni dizayner çantaları alırlar. Həm elita, həm də orta təbəqə təyyarələrdə uçur, səyahətə yollanır və bahalı istirahət yerlərini seçir.

İlk baxışda hər iki qrupun sahib olduğu zənginlik predmetləri elə bir əhəmiyyət daşımır.

Çünki istənilən insan əl işi olan çanta və yeni avtomobil ala bilər. Müasir zənginlər isə öz sosial mövqelərini fərqli şəkildə izhar edirlər.

Orta təbəqənin istehlakçıları indi özlərinə müasir televizor və dizaynerin hazırladığı çantaları ala bilərlər.

 

Əlbəttə ki, oliqarxlar və milyarderlər əvvəlki kimi bahalı yaxtalar, gözəl "Bentley" avtomobilləri və bahalı malikanələrə sahibdirlər.

Lakin köklü dəyişiklik elitanın pulu hara və nəyə xərcləməsindədir. Yeni elita öz mövqeyini biliklərindən istifadə edərək mədəniyyət kapitalını formalaşdırmaqla möhkəmləndirir.

Onun xərcləmək vərdişləri müvafiq olaraq dəyişib - yeni zənginlər pullarını lüks şeylərə deyil, xidmətə, təhsilə və insan potensialının inkişafı sahəsinə yönəltməyə üstünlük verirlər.

Amerika elitası təhsilə pul xərclıyir, bu da bir faiz təşkil edən zənginlərlə başqa təbəqələr arasında uçurumu dərinləşdirməkdədir.

 

Bunu isə mən "qeyri nümayişkar istehlak" adlandırıram. İstehlakın bu yolla seçimi çərçivəsində o qədər də aydın deyil və maddi əhəmiyyət daşımır. Lakin şübhəsiz ki, bu eksklüzivdir.

Bu tendensiya ABŞ-da daha çox nəzərə çarpır. Amerikada istehlakşı xərclərinə dair araşdırma göstərir ki, 2007-ci ildən başlayaraq zənginlər (əhalinin 1 faizini təşkil edən və ildə 300 min dollar və daha çox qazananlardan ibarət qrup) dəbdəbəli mallara əhəmiyyətli şəkildə artmayıb.

Orta təbəqənin (ildə təqribən 70 min dollar qazananlar) xərcləri isə əvvəlki qalıb. Üstəlik - onların lüks şeylərə sərf etdikləri məsrəflər tədricən artır.

Açıq materializmdən qaçan zənginlər təhsilə, sağlamlığa və təqaüd yaşındakı həyatlarına sərmayə qoyurlar.

Bütün bunları ilk baxışda görüb hiss etmək mümkün deyl, lakin bu, orta təbəqənin əl işi çantasından daha bahadır.

Yeni zənginlər sinfi "Qeyri nümayişkar istehlak"a təhsil sahəsinə əhəmiyyətli xərcləri nəzərdə tutur.

Ən zəngin amerikalı üçün bu ümumi xərclərin təqribən 6 faizinə bərabərdir. Müqayisə üçün: orta təbəqə təhsilə xərclərin cəmi 1 faizini ayırır.

Qeyri-nümayişkar istehlakın bahalı olması vacib deyil: "doğru" jurnallara abunə olmaq da elitaya məxsusluğun bir işarəsidir.

 

1996-cı ildən başlayaraq Amerika elitasının təhsil xərcləri 3,5 dəfə artsa da, orta təbəqənin rəqəmi tamamilə eyni qalmışdı.

Təhsil xərcləri xəttində elita ilə orta təbəqə arasındakı parçalanma hazırkı Amerika üçün xüsusilə narahatlıq doğurur. Çünki maddi şeylərdən fərqli olaraq son on il ərzində təhsil almaq xərcləri artmaqdadır.

Aparılan tədqiqata görə, 2003-2013-cü illərdə kollecdə təhsil haqqı 80 faiz artıb, amma bu müddət ərzində qadın geyimlərinin qiyməti cəmi 6 faiz bahalaşıb.

Orta təbəqənin təhsilə kifayət qədər sərmayə qoymaması demək deyil ki, o, bunun üstünlüyünü dərk etmir.

Bir çox orta gəlirli ailələr üçün kolleclərdə və universitetlərdə təhsil almaq maddi baxımdan o qədər çətindir ki, onlar buna sadəcə əllərini yelləməklə cavab verdilər.

Qeyri-nümayişkar istehlak çərçivəsindəki xərclər adətən bir qayda olaraq yüksək olur, lakin elitaya məxsusluğun daha bahalı göstəriciləri də var.

Bu göstəriciyə, məsələn Economist jurnalına abunə yazılmaq və ya yalnız sərbəst dolaşan toyuqların yumurtasını almaq şamil edilə bilər.

Başqa sözlə desək, qeyri-nümayişkar istehlak elitanın yeni zəngin sinfinə məxsus olmasını bir-birinə xəbər vermək üçün şərti dil olub.

Xüsusi uşaq bağçasının vahid paketinin vacib öhdəlikləri arasında uşağa vegeterian peçenyesi və orqanik alma qoyulması barədə məlumat yer alır.

 

Elitaya yaxın olmaq istəyirsiniz? Təbii kənd təsərrüfatı məhsullarının faydaları barədə söhbət etmək bacarığı sizə kömək edə bilər.

 

Bəlkə də mümkündür ki, kimsə müasir Amerika ailələrində uşaq üçün belə qida seçimi hardasa tamamilə normal olduğunu düşünsün.

Lakin Los Angeles, San Francisco və ya New Yorkdan bir az uzağa çıxsanız başqa normalarla qarşılaşacaqsınız: burada meyvə filan yoxdu və emal edilmiş qəlyanaltılar hökm sürür.

Başqa bir misal. Yuxarıda adı çəkilən bu üç şəhərdə körpənin ana südü ilə qidalanması onun həyatının ilk ilində (bu hədəfi Amerika Pediatriya Akademiyası təyin edib) normal qəbul olunur.

Lakin ümumilli statistika yalnız 27 faiz amerikalı ananın (Alabama ştatında bu rəqəm 11 faizdir) buna riayət etdiyini göstərir. Təkcə bu cür sosial normalar barədə biliklər sizin ambisiyalı təbəqə sinfi barədə xəbəriniz olduğunu göstərir.

Baxmayaraq ki, Economist jurnalına abunə yazılmaq 100 dollardır, cəmiyyət arasında bu jurnalla görünmək özü çox şeydən xəbər verir.

Bu ondan xəbər verir ki, siz elitaya aidsiniz və bahalı təhsil almısınız. Bu təhsil sizə bu jurnalda dərc olunanları qiymətləndirmək və özünüz kimi bir ilə müzakirə etmək imkanı verir.

Əgər New Yorker-dəki məqaləyə istinad etməyi və ya bioloji təmiz məhsullar istehsal edən ferma üstünlükləri barədə danışmaq bacarığınız varsa, onda sizə elita dairəsinə daxil olmaq çox asan olacaq.

Qısası qeyri-nümayişkar istehlak sizə sosial pilləkənləri qalxmaq şansı verir.

Əgər daha dərindən baxsaq, təhsilə, sağlamlığa və təqaüdə sərmayələrin həyat tərzinə əhəmiyyətli təsiri var.

Bundan başqa bu vəsait yeni elita uşaqlarının həyatdakı uğur qazanmaq şansını artırır.

Bu günkü qeyri-nümayişkar istehlak Veblen-in dövründəki ilə müqayisədə status xərclərinin daha məhvedici formasıdır.

Sonuncu sadəcə lovğalanmağın, zənginliyin nümayişi idi. Qeyri-nümayişkar istehlak hazırkı ambisiyalı zəngin təbəqə üçün öz eksklüziv sosial mövqelərini qorumaq və müdafiə etmək üsuludur.

Hətta bu mövqe əvvəlki kimi nümayiş etdirilməsə belə.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR