Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək
Sakura

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, “Ümumi təhsil haqqında”  qanuna əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq edilməlidir. Təhsil nazirinin müavini İdris İsayev 4-5 vahid məktəbli geyiminin formalarının təsdiqlənəcəyini və təhsil müəssisələrinin yalnız bu geyimlərdən istifadə edə biləcəklərini bildirib. Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR