Dərc edildi: Baxış sayı: 356
Vahid Ələkbərovun şirkəti ikinci oldu
Rusiyanın “Qazprom” şirkəti “S&P Global Platts” dünyanın iri enerji şirkətləri siyahısında birinci yerdən 17-ci yerə qədər geriləyib.
Oxu.Az xəbər verir ki, eyni zamanda, ABŞ-ın “ExxonMobil” şirkəti 2017-ci ildə itirilmiş liderliyini geri qaytarıb. Reytinqin müəllifləri şirkətin uğuru kimi neftin qiymətinin bərpasını və ABŞ-da gözlənilən ixrac bumunu göstəriblər.
İkinci yeri Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiyanın “Lukoyl” şirkəti tutub. Üçüncü yerdə ABŞ-ın “Phillips 66” şirkəti qərarlaşıb.
Hər il “S&P Global Platts” aktivlərin dəyərləri, gəlirlər və kapital qoyuluşu əsasında dünyanın 250 iri enerji şirkətinin siyahısını hazırlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət