Dərc edildi: Baxış sayı: 757
Uzunluğu 580 km olan gölü üzüb keçdi və rekordlar kitabına düşdü
Cənubi Afrika Respublikasında yaşayan Martin Hobbs uzunluğu 580 kilometr olan Malavi gölünü 54 gün ərzində üzüb keçib və dünya rekorduna imza atıb.
UPİ xəbər verir ki, bununla da o, adını Ginnes rekordları kitabına yazdırıb.
“İstəmirdim ki, öləndən sonra insanlar məni yalnız çox işləyən oğlan kimi xatırlasınlar. Özündən sonra insan iz buraxmalıdır”, - deyə Hobbs CNN-ə açıqlamasında bildirib.
Qeyd edək ki, Malavi gölündə çoxlu sayda timsah və digər təhlükəli canlı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət