Dərc edildi: Baxış sayı: 660
Usta Abdulla - Mənəm
Arif məclisində, qanan yanında
Hər sözü dillərdə yayılan mənəm.
Eşqin atəşidi yanan canımda,
Qəza qamçısıyla döyülən mənəm.
Taqət olmaz qəriblərin dizində,
Mürvət olar mərd iyidin özündə.
Səksənində, doxsanında, yüzündə
Qəflət yuxusundan ayılan mənəm.
Yatmış idim, bəxtim məni oyatdı,
Qəzanın qədəri kəməndin atdı.
Mahalım Göyçədi, sakinim Zoddu,
Sənətkar Abdulla deyilən mənəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət