ÜST rəsmisi Azərbaycanın COVID-19 ilə mübarizəsini yüksək dəyərləndirdi
“Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə öz yolunu tapıb”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Klyuge jurnalistlərlə onlayn brifinq zamanı deyib.
“Biz yaxşı bilirik ki, Azərbaycan koronavirusla mübarizə üçün fond yaradıb. Bu böhrana qarşı mübarizədə hamı birləşməlidir, həm dövlət səviyyəsində, həm də özəl sektor bu prosesə cəlb olunmalıdır. Bu, birlikdə çalışmaqla əldə ediləcək uğura çox gözəl nümunədir. Bu vəziyyətdə yalnız səhiyyə sistemini dəstəkləməklə kifayətlənmək olmaz, daha da irəli getmək lazımdır”, - o bildirib.
H.Klyuge həmçinin bu istiqamətdə müvəffəqiyyət əldə etmiş və iqtisadi vəziyyəti daha yaxşı olan ölkələri koronavirus pandemiyası ilə mübarizədə ehtiyacı olan ölkələrə yardım əli uzatmağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət